BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeynəb Xanlarovanın bacısı oğlu ilə birgə ittiham olunan sabiq bələdiyyə sədri həbs edildi - ÖZƏL

Azərbaycanda axtarışda olan sabiq bələdiyyə sədri həbs edilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev istintaq orqanı tərəfindən yaxalanıb.


O, 178.3.2-ci (dələduzluq - külli miqdarda), 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham olunur.


M.Ağayevlə birgə onun tanışı Zaur Hüseynov da təqsirli bilinir.
 

Cinayət işi üzrə zərərçəkmiş qismində Rəşad Hüseynov, Murat Oduncu, Əliheydər Dadaşov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti tanınır.
 

Məlumata görə, M.Ağayevlə Z.Hüseyovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazıqlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 

Qeyd edək ki, Türkan qəsəbə sakinləri - Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində 2021-ci ildə cinayət işi başlanıb.


Aparılan istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri M.Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.
 

İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
 

Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.
 

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

Bildirilib ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi R.Babayev 2 il azadlıqdan məhrum edilib.
 

Hökmə əsasən, polisin nəzarəti altında verilmiş D.Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan E.Mirzəyevlə Z.Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.


Xatırladaq ki, D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

 

Kamal Məmmədov 

Tarix: 5 May 2022, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin