BURADA REKLAMINIZ OLA
BİLƏR

"SAZZ" cərimələndi

"Azqtel" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Elməddin Hüseynovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: "Azqtel" Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operatordur. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən "SAZZ" brendi adı altında bu xidməti göstərməyə başlayıb.

 

Kamal Məmmədov

Tarix: 6 May 2022, 07:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin