BURADA REKLAMINIZ OLA
BİLƏR

"Unibank” iki şirkəti məhkəməyə verdi

"Unibank Kommersiya Bankı” ASC iki şirkəti məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bank "Rabitə Quraşdırma Tikinti Təchizat" və "Rabitə Mülki Tikinti" MMC-ləri barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, "Unibank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Bundan başqa, bank Məmmədova Fatimə Emin qızı və Məmmədova Sayimə Həsənqulu qızını da məhkəməyə verib.

 

İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılaraq qərar çıxarıb.

 

Qərara əsasən, icraat dayandırılıb. Bildirilib ki, məhkəmə tərəfindən ekspertiza təyin olunub.

 

Kamal Məmmədov

Tarix: 6 May 2022, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin