BURADA REKLAMINIZ OLA
BİLƏR

"Akkord” da cərimələndi

Nərimanov Rayon Məhkəməsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, "Akkord” barəsində inzibati tənbeh tətbiq olunub, yəni şirkətə cərimə kəsilib.

 

Qeyd: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə cərimə protokolu yazılıb. Daha sonra baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 6 May 2022, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin