BURADA REKLAMINIZ OLA
BİLƏR

UEFA Avropa Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında finalçılar bəlli olub.

 

Almaniyanın "Leyptsiq" klubu Şotlandiyada "Reyncers" klubu ilə qarşılaşıb.

 

Qlazqodakı "Aybroks" stadionunda oynanılan matç ev sahibinin 3 :1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 3 :2 "Reyncers"in xeyrinə olub.

 

Günün digər matçında İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib.

 

Oyun 1 :0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib.

 

Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

 

Beləliklə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq final qarşılaşmasında "Reyncers" - "Ayntraxt" klubları üz-üzə gələcək.

Tarix: 6 May 2022, 00:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin