BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank şirkəti məhkəməyə verdi

"Agro İnvestor LTD" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Fərid Əmirəliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 6 May 2022, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin