BURADA REKLAMINIZ OLA
BİLƏR

Qobustanda siçan dərmanından zəhərlənən ailənin bir üzvü öldü

Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə TƏBİB-dən bildirilib.

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib". 

 

Qeyd edək ki, ölən şəxs 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızıdır.

 

***

09:27

 

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 3 Mart 2020, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin