BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ərəb turistin meyiti tapıldı

Bakıda 37 yaşlı ərəb vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə martın 2-də Yasamal rayonunda baş verib. Fevralın 28-də Azərbaycana turist kimi gələn Səudiyyə Ərəbistanı vətəndaşı, 1983-cü il təvəllüdlü Al Hassen Nasser Bader N müvəqqəti yaşadığı mənzildə vəfat edib.

 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, onun üzərində xəsarət izi aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.Qafqazinfo

Tarix: 3 Mart 2020, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin