BURADA REKLAMINIZ OLA
BİLƏR

“İki-üç saniyəyə yerləri dolan məktəblərə də rast gəlinib” – Elektron sistemə müdaxilə edilib?

“Hazırda ölkənin orta ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında 90 min uşaq oxuyur və ümumi olaraq bu il orta ümumtəhsil məktəblərinə 160 min uşağın getməsi proqnozlaşdırılır. Məktəbəhazırlıq qruplarında oxuyan 90 min uşaq avtomatik olaraq 1-ci sinfə qəbul olunur və valideyinlər bu gün, yəni 6 may saat 11:00-dan etibarən sistemə müraciət etdikdə görüblər ki, həmin yerlər artıq dolub. Şagirdlərin elektron qəbulu prosesi zamanı, hətta 2-3 saniyə ərzində dolan məktəblərə də rast gəlinib. Bu proses elektron qaydada həyata keçirilir. Təbii ki, bura kənar müdaxilənin olmasının mümkünlülüyünü bildirsək, şübhə etmə haqqımıız var”.

 

Bunu Pravda.az-a məktəblərə birinci sinif şagirdlərinin elektron qəbulu zamanı yerlərin tez bir zamanda dolmasına münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov qeyd edib ki, narazılığın səbəbi  ölkədəki internetin sürəti və valideyinlərin bu proqramla işləmə bacarıqlarıdır: “Yəni bu faktorlar qısa müddət ərzində sistemdəki məlumatları doldurmağa imkan vermir. Əgər birmənalı şəkildə desək ki, insanlar qısa zaman ərzində bu sistemə giriş edib, nəyisə seçə bilərlər, bu, real görünmür. Sadəcə, burada bəzən sistem yüklənməsi də müşahidə edilir. Belə olan halda deyə bilərik ki, sistemdə xətalar baş verir, yaxud da qəsdən müəyyən yerlər tam olaraq sistemə buraxılmır. İnanıram ki, bu tipli problemlərin yaşanması bu il sonuncu olar. Yəni biz valideyinlər evlərimizin yaxınlığındakı məktəbə övladını qoya bilməməsi kimi problemləri hər il yaşayırıq. Eyni zamanda sonradan da görürük ki, kimsə öz uşağını hansısa şəkildə məktəbə qoya bilir. Bu tip problemlərin aradan qaldırılması, məktəblərdə daha çox şagirdin oxuya bilməsi üçün əlavə siniflər açılmalıdır, əlavə müəllim qəbulu həyata keçirilməlidir. Sadəcə, bu problemin digər bir tərəfi də odur ki, uşaqların sayının nə qədər olacağını əvvəldən planlaşdrmaq olmur. Yəni bilmək olmur ki, hansı məktəbə nə qədər uşaq gedəcək. Bir sözlə, belə problemlər var və danılmazdır. Düşünürəm ki, valideyinlərin, ictimaiyyətin elektron sistemlə bağlı narahatlıq və narazılığında haqq var.”

 

Leyla

Tarix: 6 May 2022, 20:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin