BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “Azcar”a cərimə yazdı, məhkəmə qərar çıxardı

Nərimanov Rayon Məhkəməsində “Azcar” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Qeyd: “Azcar” MMC ilə bağlı Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə cərimə protokolu yazılıb.

 

Xatırlatma: “Azcar” motors əsasən, lüks avtomobillərin satışını həyata keçirən avtosalon kimi tanınır.

 

Kamal Məmmədov

Tarix: 7 May 2022, 07:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin