BURADA REKLAMINIZ OLA
BİLƏR

"Akkord” yenə cərimələndi

Nərimanov Rayon Məhkəməsində "Akkord Hydrotechnical Construction Company" MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Qeyd: “Akkord Hydrotechnical Construction Company" MMC ilə bağlı Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə cərimə protokolu yazılıb.

 

Kamal Məmmədov

Tarix: 7 May 2022, 07:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin