BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bank of Baku" ilə bağlı qərar verildi

Nərimanov Rayon Məhkəməsində "Bank of Baku" ASC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumatına görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilib.

 

Qeyd: "Bank of Baku" ASC ilə bağlı müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə cərimə protokolu yazılıb.

 

Kamal Məmmədov

Tarix: 7 May 2022, 07:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin