BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qələbə Gününün SSRİ-ni təbliğ edirmiş şəklində qeyd edilməsi qəbulolunmazdır”

“9 May - Qələbə Gününü qeyd etmək olar, çünki İkinci Dünya müharibəsinə 600 mindən çox azərbaycanlı qatılıb və onların təxminən yarısı şəhid olub. Yəni, alman faşizmi üzərində qazanılmış qələbədə Azərbaycanın rolu danılmazdır. Sözsüz ki, Azərbaycan nefti qələbənin əldə olunmasında həlledici amil olub. Lakin bu bayramı qeyd edərkən SSRİ-ni sanki təbliğ etmək, SSRİ bayrağından və "Georgi" lentlərindən istifadə yolverilməzdir. SSRİ artıq yoxdur, dağılıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat qeyd edib ki, Bakı məktəblərinin birində Qələbə Gününün SSRİ-ni təbliğ edirmiş şəkildə qeyd edilməsi qəbuledilməzdir: “SSRİ-nin qayıtmasını heç kim istəmir. Amma SSRİ dövrünə dair hər şeyin silinməsi fikri ilə razı deyiləm, tarixi silmək olmaz. Biz həmin tarixi 70 il yaşamışıq. Sadəcə olaraq, Sovet dövrünün mənfi və müsbət cəhətlərini qeyd etmək lazımdır. Unutmaq olmaz ki, Azərbaycan elminin inkişafında Sovet İttifaqının tərkibində olmağımızın rolu böyük olub. Mənfi cəhəti isə o idi ki, bizim müstəqilliyimiz əlimizdən alınmışdı, ölkə olaraq azad şəkildə qərar qəbul edə bilmirdik. Sözsüz ki, Sovet İttifaqının dağılması Azərbaycanın müstəqilliyə qovuşmasına səbəb olub. Müstəqillik əvəzolunmaz nemətdir”.

 

Nəzrin Cavid

Tarix: 7 May 2022, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin