BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq: “Rusiya keçmiş SSRİ-də olan ölkələrə qarşı siyasi təzyiqlərindən əl çəkmir”

“Rusiya ətraf ölkələrə, xüsusilə keçmiş SSRİ-də olan ölkələrə qarşı siyasi təzyiqlərindən əl çəkmir, çünki siyasi ambisiyası çoxdur. Məsələn, Putin indi Ukraynanı işğal edir və hələ də ordadır, çıxmayıb. Bu səbəbdən də o, biraz da qabağa gedir. Əvvəla Azərbaycanda bioloji silahların hazırlanması üçün heç bir tətqiqat işləri aparılmır. Aparılırsa belə bunun ABŞ yaxud da Rusiyaya nə dəxli var? Əgər belə bir şey Azərbaycana lazım olsa o, bunu Türkiyə ilə birgə apara bilər. Ümumiyyətlə, necə olur ki, Rusiya bioloji silah hazırlamaq üçün hər cür laboratoriya açır? Azərbaycan gəldikdə isə, əgər o, bu addımı atırsa belə, Rusiyadan icazə almalı deyil ki...”

 

Bunu Pravda.az-a politoloq Cümüş Nuriyev Azərbaycanda guya bioloji silahlar üzrə elmi tədqiqat aparan mərkəzlərin fəaliyyət göstərməsi ilə bağlı Rusiya tərəfindən səsləndirilən iddialara cavab verərkən deyib.

 

 

C.Nuriyev qeyd edib ki, Azərbaycana indi daha çox müdafiə məqsdli silahlar lazımdır, kiminsə ərazisinə işğal etmək üçün hücum məqsədli silahlar deyil: “Azərbaycanda bioloji silahlar hazırlanmır. Ölkəmiz bu məsələdə maraqlı deyil. Bu, bir növ ölkəni şərləmək, onu təxribata çəkmək, şantaj etmək üçün irəli sürülən iddiadır. Təəssüf ki, bu iddiaları Rusiyanın hərbi elitası gündəmə gətirir. Bunların da gündəmə gətirilməsinin məqsədi məhz Ukraynadakı uğursuzluqdur. Belə bir fikirlər səsləndirilir ki, guya Amerika Rusiyanın əleyhinə keçmiş Sovet respublikalarında geniş bir şəbəkə yaradıb. Burada da Azərbaycanın, Ermənistanın, Gürcüstanın adları da çəkilir. Ermənistanın adını bəlkə də inciməyərək dilə gətirirlər, çünki orda Rusiyanın böyük ordusu yerləşir. Bu mənada “xala xətrin qalmasın” prinsipi ilə onların da adını qeyd edirlər. Bütün hallarda təbii ki, səsləndirilən belə fikirlər Rusiya Azərbaycan münasibətlərinə xələl gətirən, kölgə salan bir şeydir və fevralında 22-də imzalanmış ikitərəfli əməkdaşlığa dair bəyannamənin ruhuna tamamilə ziddir”.

 

Leyla

Tarix: 7 May 2022, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin