BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Qadınlar avtomobili kişilərə nisbətdə daha səbirlə idarə edə bilərlər, amma...”

“Masa, davranış, dinləmə mədəniyyəti və s. olduğu kimi, yol mədəniyyəti də tərbiyəyə bağlı davranış göstəricisidir. Bu, elə bir məsələdir ki, şəhərə zibil atmaq, yerə tüpürmək kimi adətlər sıfıra ensə, (qeyd edilənlər əsasən yaşlı nəslə aiddir) bu zaman bəlkə yol mədəniyyəti də inkişaf etmiş olar”.

 

Bunu Pravda.az-a avtomobil idarə edən qadınlara kişilərin mane olması, söz atması kimi halları şərh edən psixoloq Samirə Bağırova deyib.

 

“İstər xanım sürücü olsun, istərsə də bəy, avtomobilə sahib olduqları zaman ilk növbədə təmkinli olmağı öyrənməlidirlər. Şəhərimiz kiçik, maşınların sayı isə çoxdur və bu azmış kimi şəhərdə digərləri üçün təhlükə törədən, təcrübəsi çox az, yaxud da “yox” dərəcəsində olan sürücülər-kamikadzelər var. Deməzdim ki, təcrübəsiz sürücülər içərisində xanımlar çoxluq təşkil edir, onların arasında yetəri qədər təcrübəsiz bəy sürücülər də var. Amma məsələyə psixoloji aspektdən yanaşsaq, avtomobil idarə edərkən təhlükə anında qadınların reaksiyası kişilərə nisbətən daha zəif olur. Qadınlar maşını kişilərə nisbətdə daha səbirlə idarə edə bilərlər, ancaq qərar vermə qabiliyyətinə gəldikdə, onlar nadir hallarda təhlükəli məqamda ani reaksiya ilə vəziyyətdən yayına bilirlər. Kişilər naviqasiyaya, yollara, ünvanlara daha rahat fokuslanıb, yadda saxlayır və bununla da qəzadan yayına bilirlər. Qadınlara gəldikdə isə, qəza ehtimalı yarandığı anda onlarda ani qərarvermə qabiliyyəti itir, kişilərdə isə əksinə işə düşür. Bəylər maşına sahib olduqları zaman onun sürətini, döngələrdəki dözümlülüyünü maşına aid hər bir nüansı testdən keçirir. Xanımlar isə avtomobildə ən çox salon detallarına diqqət edirlər. Ümumiyyətlə, kişilərin idarəetmə instinkti doğuşdan təbiətlərindən irəli gəlir. Yəni oğlan uşaqlarının uşaqlıqdan maşın oyuncaqları ilə qız uşaqlarının isə gəlinciklə oynadığı məsələsi kimi...”

 

S.Bağırova kişilərin avtomibil idarəedən xanımlara söz atmasının avtomobillə heç bir əlaqəsinin olmadığını bildirir və qeyd edir ki, bu vəziyyət tamamilə mədəniyyətə bağlıdır: “Özüm uzun müddətdir ki, maşın idarə etsəm də, belə bir halla qarşılaşmamışam, çünki diqqətim həmişə yolda olub, sağda-solda deyil. Bəlkə də diqqət etsəydim fərqinə varardım”.

 

S.Bağırova, həmçinin bir neçə gün öncə müzakirələrə səbəb olan avtomobil üzərindəki “şəhid xanımı” yazısına da toxunub: “Maşın üzərində qeyd edilən “şəhid xanımı” yazısına və həmin xanıma gəlincə, onun acısını anlayırıq və səbir diləyirik. Ancaq avtomobil üzərində qeyd edilən bu yazı əslində diqqət çəkmək, yalnız olduğunu deməkdir. Bu isə əksinə, daha çox həmin xanımı diqqət mərkəzinə gətirir. Biz hamımız bir xalq olaraq istər pandemiya dönəmində, istərsə də müharibə dönəmində bir olmağı bacardıq və bundan irəli gələrək şəhid ailələrinə və qazilərə hər kəsin hörmətlə yanaşdığına əminəm”.

 

Leyla

Tarix: 7 May 2022, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin