BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məşhur mağaza qarət edildi

Bakıda tanınmış marketdən oğurluq edilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə mayın 6-sı gecə saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən "Al Market"də qeydə alınıb.


Belə ki, naməlum şəxs və şəxslər gizli yolla marketə daxil olaraq oradan 1000 manatdan çox oğurluq edib.


Daha sonra mağaza rəhbərliyi Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edib.


Faktla bağlı araşdırma aparılır.


Kamal Məmmədov 

Tarix: 7 May 2022, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin