BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx: “70-80 yaşına çatan bəzi insanların həyat təcrübəsindən istifadə etməmək, onları pensiyaya çıxarmaq düzgün deyil”

“Pensiya yaşının azaldılması, yaxud da artırılması məsələsində vətən, xalq üçün xeyirlisi nədirsə o, olmalıdır. Ancaq burda qeyd olunmalı olan bir məqam var. Bu məsələ birbaşa insan psixologiyası və fizioloji durumu ilə bağlıdır. Elə insan var ki, 50-60 yaşında artıq əmək qabiliyyətini itirir, elə insan da var ki, 60-65 yaşında işləmək, yaşamaq eşqinə düşür...”

 

Bunu Pravda.az-a Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

 

O qeyd edib ki, bu, çox incə məqamdır: “İnsan faktoru Allahın ona verdiyi ömür, həyat tərzindən aslıdır. Yəni elə adam var ki, 20 yaşındadır, ancaq özünü qoca kimi hiss edir, elə adam da var ki, 60 yaşındadır, ancaq özünü cavan hiss edir. Can sağlığı, mənəvi eşq, işləmək, yaratmaq həvəsi olan insanların qocası, cavanı olmur. Sadəcə olaraq, sağlamı və xəstəsi var. Bu, belə bir məsələdir, amma yenə də qeyd etməliyəm ki, burda əsas olan məqam xalqın bu məsələdə nəyə üstünlük verməsinin həyata keçirilməsidir. Təbii seçim də olmalıdır. Yəni kimin həvəsi, sağlamlığı işləməyə imkan verirsə qoy işləsin. İnsan 40-50 yaşından sonra müdrikləşməyə başlayır və 70-80 yaşında müdriklik həddinə çatır. Bu həddə gələn insanların həyat təcrübəsindən istifadə etməmək, onları pensiyaya çıxarmaq düzgün deyil. Yaxud da əksinə, nəyə lazımdır o yaşda əmək qabiliyyətini itirən insanları 70 yaşına qədər sürümək, onsuz da gəlib o yaşa çıxa bilmirlər. Bu hal da yolverilmzədir. Ona görə də bu məsələdə orta məxrəc mütləq tapılmalı və fərdi yanaşmalar nəzərə alınmalıdır. Unutmaq lazım deyil ki, bu ölkə xalqın, insanlarındır, rəhbərlərin deyil. Rəhbərlərin də missiyası xalqa xidmət etməkdir. Bəziləri təəssüf ki, bunu dərk etmir, ancaq gec-tez başa düşəcəklər ki, dünya qarınla deyil, mənəviyyat, əxlaq, dəyərlərlə ölçülür. Bunu başa düşməyənlər isə nadandır və onlar yığdıqlarında boğulub öləcəklər, çünki xalqın malını yemək mümkün deyil, bu, haramdır. Ona görə də həmişə xalq nəyi istəyirsə, arzu edirsə, olmaldır”.

 

Leyla

Tarix: 7 May 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin