BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yeraltı su yataqları yenidən qiymətləndiriləcək

Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.

 

Tarix: 7 May 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin