BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobili sel apardı - FOTOLAR

Şəkiyə yağan güclü yağış və sel fəsadlar törədib.

 

Pravda.az-ın məlumatına görə, bu gün axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qara çaya sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilib.

 

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus "VAZ-2106" markalı avtomobili də aparıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

 

Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və aidiyyatı qurumların nümayəndələri sel gələn əraziyə baxış keçirir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda bölgədə güclü leysan yağışı davam edir.

 

Report

Fotoları təqdim edirik
Tarix: 7 May 2022, 23:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin