BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat Emin Əmrullayevə səsləndi: “Niyə uşaqları mənəvi şikəst edirsiniz?”

“Hamının olmasa da, çoxlarının yadına gələr; əvvəllər ibtidai sinif müəllimləri yay aylarında qapı-qapı düşüb sinif üçün şagird toplayardı. Valideynlərə özlərini, məktəblərini tərifləyib az qala yalvararaq razı salmağa çalışırdılar. Valideynlər də çox vaxt “fors” edərdi: “yox, biz filan məktəbi, müəlliməni istəyirik” deyərək. İndi bu "islahat" adıyla ortaya atılmış "onlayn-monlayn" məsələsi çıxanda Təhsil Nazirliyindəki tanıdığım yoldaşlara zəng vurub “məsləhətləşdim”. Dedilər ki, bəs hər şey su kimi şəffaf, nə bilim, demokratik şəkildə olacaq; gedin deyilən vaxtda portaldan qeydiyyatdan keçin. Dedim ki, “a kişilər, biz 5 saniyədə 500 ev satılan məmləkətdə yaşayırıq, etməyin-eləməyin”. Məni əmin etdilər ki, bəs “bu xına, o xınadan deyil”, narahat olmayın. Əslində baş verən gerçəklikləri bilirdim. Amma söyləyə bilmirdim. Çünki deyəndə tumanlarını başlarına keçirib deyəcəkdilər ki, “bəs yalan deyirsən, özü də gözünün içinə qədər - sübut elə”. Sübut eləmək isə kiminsə səsini (videosunu) gizlincə yazıb, el dilində desək “işverənlik” etmək anlamına gəlir. Ki, onu da mən heç cavanlıqda etməmişəm, o da qala bu qoca vaxtında ola. Nə isə, vaxt-vədə yetişdi. Öz internetimə arxayın olmayıb, hərəsinə 25 manat verib 2 proqramçı da tutdum. Sonunda məlum oldu ki, 2 dəqiqəyə bütün yerlər “dolubmuş”. Və biz, o cümlədən də yüzlərlə (minlərlə) adam da qalmışıq “ofsayt”da”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

 

E.Hüseynov təhsil naziri Emin Əmrullayevə səslənib: “Azərbaycan Respublikası Təhsil nazirliyi, yoldaş gənc nazirimiz Emin Əmrullayev! Nəvəm 1 ildir ki, “Hədəf” kurslarında hazırlıq keçib, üstəgəl rəqs və rəssamlıq kurslarına da gedib. Sonunda Allahın Xırdalan məktəbinə belə qəbul olunmadı; sizin “islahatlarınız” sayəsində. İndi mən neçə vaxtdan bəri məktəbə getmək arzusuyla yaşayan, buna görə həsrətlə günləri sayan bu 6 yaşlı uşağa nə deyim? Niyə bu uşağın psixikasını elə əvvəlcədən zədələyib, ona sarsıntı yaşadırsınız?  Niyə uşaqları mənəvi şikəst edirsiniz? Niyə də, niyə?”

 

Nadir

Tarix: 8 May 2022, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin