BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Mərkəzi Bankın yazdığı protokolu ləğv etdi

Xəzər Rayon Məhkəməsində “Adore Kompani” MMC barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, icraata xitam verilib. Bildirib ki, cərimə protokolunda inzibati xəta tərkibi yoxdur.

 

Qeyd: “Adore Kompani” MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 8 May 2022, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin