BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda jurnalist hədələndi – Boğazına bıçaq dirədilər... - FOTO

Jurnalist Aytən Məmmədovaya Bakıda yaşadığı binanın blokunda hücum edildiyi bildirilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Aynur Elgünəş məlumat yayıb. 

 

Hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.

 

A.Elgünəş bildirib ki, Aytən Məmmədovanın arxasınca liftə girən bir nəfər bıçağı onun boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib: “DİN-in 102 xidmətinə məlumat verilib”.

 

Qeyd olunub ki, A.Məmmədovanın izahatı alınıb.

Fotoları təqdim edirik
Tarix: 9 May 2022, 01:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin