BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

 

Pravda.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

 

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

 

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

 

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

 

Sonda xatirə şəkli çəkdirilib.

Fotoları təqdim edirik
Tarix: 3 Mart 2020, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin