BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iş adamı həyat yoldaşını niyə öldürüb? - VİDEO

Sumqayıtda ər, həyat yoldaşını 13 bıçaq zərbəsi ilə qətlə yetirib. Qaynanasını isə yaralayıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Əməkdaşlarımız hadisənin baş verdiyi ünvanda olub, qətlin hansı zəmində törədildiyini araşdırıblar.

 

Sumqayıtda ər, həyat yopldaşını qətlə yetirib. Hadisə Qurd dərəsi, Məhəmmədəli küçəsi ev 4891 B ünvanında qeydə alınıb.

 

Mərhumun anası Sveta Nağıyeva xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəsətəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra   evə buraxılıb. Hadisədən sonra   Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunan Tofiq Həsənov  Rusiyada işləyirmiş. Evdə münaqişəyə pulun  səbəb olduğu bildirilir.  

 

Daxili İşlər Nazirliyinin məlumatına əsasən araşdırmalarla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 10 May 2022, 07:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin