BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhməd İsmayılov: "Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir"

Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin (MEDİA) nəzarətindədir.

 

Bunu jurnalistlərə açıqlamasında Agentlik rəhbəri Əhməd İsmayılov deyib.

 

O bildirib ki, Aytən Məmmədova ilə əlaqə saxlanılıb və bu gün agentliyə dəvət olunub: "Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Hadisəyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".

Tarix: 10 May 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin