BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 48 yaşlı kişi xəstə qıza qarşı əxlaqsızlıq edib - TƏFƏRRÜAT

Azərbaycanda 48 yaşlı kişi xəstə qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə məlumat Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

 

İttiham aktına əsasən, hadisə 2021-ci il iyunun 4-ü günorta saatlarında Gədəbəy rayonunun Böyük Qaramurad kəndində qeydə alınıb.

 

Belə ki, 1973-cü il təvəllüdlü Malik Quliyev (ad, soy adı şərti) həmkəndlisi və yaxın qonşusu olan Günay Səmədovanı (ad, soy adı şərti) aldadaraq evinin zirzəmisinə aparıb. Zirzəmiyə daxil olduqdan sonra o, qapını bağlayıb öz cinsi ehtirasını təmin etmək məqsədilə zərərçəkmişin paltarlarını çıxarıb, qeyri-təbii yolla cinsi əlaqədə olub.

 

Bundan başqa, Malik Quliyev yenidən - iyunun 5-i saat 17 radələrində Günay Səmədovanın yaşadığı evə gələrək onun iradəsinə zidd olaraq təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

 

Daha sonra Günay Səmədova hadisə barədə Malik Quliyevin həyat yoldaşına bildirib. Lakin qadın onu qohumunun oğluna alacağını söyləyib. 

 

Günay Səmədovanın valideyinləri polisə müraciət edib və Malik Quliyev həbs olunub.

 

O, Cinayət Məcəlləsinin 150.2.5-ci (Seksual xarakterli zorakılıq hərəkətləri, təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

 

Malik Quliyev məhkəmədə özünü təqsirli bilmədini vurğulayıb.

 

Məhkəmənin hökmü ilə Malik Quliyev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Günay Səmədovanın intellektin enməsi ilə müşaiyət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları kimi psixi pozuntusu var.

 

Kamal Məmmədov

Tarix: 10 May 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin