BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı şəhid atalarını qəbul etməyib? - VİDEO

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.


Pravda.az xəbər verir ki, yayımlanan videoda icra başçısının qəbula gələn şəhid valideynləri ilə maraqlanmadığı bildirilib.


Şəhid atasının sözlərinə görə, o, üç dəfə İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.


Unikal.org

 
 

Tarix: 11 May 2022, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin