BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata 19 yaşlı qızını dirəyə belə bağlayıbmış...

Mingəçevirdə atası tərəfindən azadlığı məhdudlaşdırılan 2003-cü il təvəllüdlü qızın görüntüləri yayılıb.

 

Pravda.az-ın məlumatına görə, yaşadığı evin həyətində dirəyə bağlanan, eləcə də zirzəmidə ac saxlanılan qızla bağlı ilk olaraq qonşular polisə məlumat verib. Belə ki, Ü.B-nin evi Boz dağın ətəyində yerləşdiyindən dağ istiqamətində hərəkət edən qonşular onun qızını həyətdə dirəyə bağlayıb yağışın altında saxlamasını aydın görüblər. Dirəyə bağlanmış N.B-nin görüntülərini çəkən şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

 

Qızın atası ilkin ifadəsində bildirib ki, övladının psixi problemləri var və açıq saxlanıldığı halda həyətdən qaçırmış. Ata qızını bağlı vəziyyətdə saxlamağını bununla izah edib.

 

Qeyd edək ki, işgəncələrə məruz qalan N.B həkim nəzarətinə götürülüb. Onun atası saxlanılıb və barəsində cinayət işi açılıb.

 

Qafqazinfo

Tarix: 11 May 2022, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin