BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Əmək Müfəttişliyi Xidməti bu şirkəti cərimələdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Bakı Çinar Soyuducuları" ASC-yə cərimə protokolu yazıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində nazirlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: "Bakı Çinar Soyuducuları" ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Eytibar Abdullayevə məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 1 781 580 manat, dövlət qeydiyyatına alındığı tarix isə 28.03.2002-ci ildir.

 

Kamal Məmmədov

Tarix: 12 May 2022, 00:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin