BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi “Səhliyalı” şirkətinə protokol yazdı

Səhliyalı kiçik müəssisəsinə iki cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) və 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddələri ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

Hər iki iddia hakim Sevinc Quliyevanın icraatına verilib.

 

Məhkəmələrin hazırlıq iclasları mayın 24-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 12 May 2022, 07:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin