BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Oğul üçün ata vəsiyyətinin yerinə yetirilməsindən böyük xoşbəxtlik olarmı?!”

““Xalq mənə etimad göstərərsə, Prezident kimi Heydər Əliyevin yolu ilə gedəcəyəm, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. And içmişdim ki, Qarabağı işğaldan azad edəcəyəm. And içmişdim və xoşbəxt adamam ki, anda sadiq qaldım”. Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə xalqa müraciətində səsləndirib. Müraciətin məhz Şuşadan səsləndirilməsi rəmzi məna daşıyır, çünki Şuşanın, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması, Ulu Öndərin vəsiyyəti idi. Oğul tərəfindən ata vəsiyyətinin yerinə yetirilməsindən böyük xoşbəxtlik olarmı?!”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, Ulu öndər Heydər Əliyev bu günü görə bilməsə də, ruhu şaddır, çünki torpaqlar azaddır, şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur: “Tarixi-mədəni, dini abidələr bərpa olunur. Azərbaycan gündən-günə inkişaf edir, güclənir. Ölkə Başçısının birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli və Şuşaya son səfəri də əvvəlkilər kimi məzmun baxımından zəngindir. Füzuli şəhər xəstəxanasının, peşə məktəbinin təməlqoyma mərasimi, mərkəzi parkın salınması, Şuşada Mehmandarovlara, Azərbaycan mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamış Sadıqcana məxsus mülklərin,  Şirin su hamamının, Realnı məktəbinin, otelin və digər obyektlərin restavrasiyası sürətlə aparılır. Tarixi-mədəni  abidələrin bərpasında dövlətlə yanaşı, Heydər Əliyev Fondu da yaxından iştirak edir. Prezidentin işğaldan azad olunmuş bölgələrə hər səfəri, yenidənqurma işlərini sürətləndirir və həyata keçirilən layihələrin keyfiyyətlə aparılmasını təmin edir. Qarabağ yenidən ən müasir dünya standartlarına uyğun, zövqlə bərpa olunur".

 

Nəzrin Cavid

Tarix: 12 May 2022, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin