BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbər 180 manat müavinətdən imtina edib? - AÇIQLAMA

"İsa Qəmbərin 180 manat müavinətdən imtina etməsi ilə bağlı məndə məlumat yoxdur. Ən dəqiqini İsa bəy özü bilər. Lakin pensiya təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə veriləcək".

 

Bu barədə Pravda.az-a açıqlamasında İ.Qəmbərin vəkili Nəmət Kərimli məlumat verib.

 

O qeyd edib ki, nazirliyin məhkəməyə verilməsinin səbəbi İsa Qəmbərin pensiya məbləğinin düzgün təyin olunmaması ilə bağlıdır: "180 manat vəsaitdən imtina ilə bağlı isə bir söz deyə bilərəm. Bu, İsa bəyin şəxsi seçimidir. İstəsə, imtina edə bilər".

 

Nəzrin Cavid

Tarix: 13 May 2022, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin