BURADA REKLAMINIZ OLA
BİLƏR

Sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının siyahısı genişləndirildi

Böyük Britaniya sanksiyalar tətbiq etdiyi Rusiya vətəndaşlarının siyahısını genişləndirib.

 

Pravda.az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, sanksiya tətbiq olunan şəxslər arasında Putinə yaxınlığı ilə tanınan keçmiş rusiyalı gimnast Alina Kabayeva, eləcə də onun keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya da var.

 

Sanksiyalara məruz qalan digər şəxslərə gəlincə, onların sırasında Rusiya liderinin ailə üzvləri və yaxın dostları var.

 

Qeyd edək ki, bu ilin aprelində Böyük Britaniya Putinin qızlarına qarşı da sanksiyalar tətbiq etmişdi.

 

Leyla

Tarix: 13 May 2022, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin