BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev Hacı Nuranla şəkil paylaşdı, “Allah rəhmət eləsin” yazdılar

Milli Məclisin deputatı Razi Nurullayev tanınmış teleaparıcı Nuran Hüseynovla (Hacı Nuran) birgə fotosunu sosial şəbəkədə paylaşıb.

 

Pravda.az-ın xəbərinə görə, R.Nurullayev fotoya “Hacı Nuranla xeyli söhbət etdik” qeydini yazıb.

 

Foto müzakirələrə səbəb olub, sosial şəbəkə istifadəçiləri “Allah rəhmət eləsin, vəsiyyətinizi indidən edin”, “Siz “qurd ürəyi yemisiniz”, Hacı ilə şəkil çəkdirmisiz, sizin kimi deputatlar Azərbaycana lazımdır, tələsmisiniz”, “Ehtiyatlı olun, Razi müəllim”, “Hacıdan uzaq durun, düşər-düşməzi var”, “Nuranın əli dəyənlər canı ilə əlləşir”, “Heç nə demirik, Allah sizi qorusun”, “Hacı ilə şəkil çəkdirmək yaxşı əlamət deyil”, “100 dollar da versələr, Hacı ilə şəkil çəkdirmərəm” şərhini yazıblar.

 

Deputat şərhlərə reaksiya verməyib.

 

Sərdar

Tarix: 14 May 2022, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin