BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polkovnik-leytenant iş başında öldü

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

 

Pravda.az-ın məlumatına görə, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

 

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

 

Qafqazinfo

 

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 14 May 2022, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin