BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırmağı planlaşdırır

Avropa Mərkəzi Bankı (AMB) iyulda uçot dərəcəsini artıra bilər.

 

Pravda.az-ın xəbərinə görə, bunu bankın rəhbəri Kristin Laqard bildirib.

 

Bank bu məqsədlə iyunun 9-da Amsterdamda, 21-də isə Frankfurtda iclas keçirəcək. Laqard uçot dərəcəsinin artımının müvəqqəti olacağını və məqsədin inflyasiyanın qarşısnı almaq olduğunu deyib.

 

Avrostatın statistikasına görə, apreldə avrozonada inflyasiya rekord həddə 7,5% olub. Halbuki AMB-nin müəyyən etdiyi hədd maksimum 2%-dir.

 

APA

Tarix: 14 May 2022, 20:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin