BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şadlıq sarayında yanğın

Bakıda şadlıq sarayında yanğın olub.

 

Pravda.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

Tarix: 14 May 2022, 23:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin