BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi dava: saxlananlar var

Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

 

Pravda.az xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.

 

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

 

Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

APA

Tarix: 17 May 2022, 00:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin