BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda güclü yanğın: 1 nəfər öldü - YENİLƏNDİ

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Yanğın nəticəsində bir nəfərin öldüyü bildirilir.

 

***

23:08

 

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

***

22:55

 

Bakıda güclü yanğın baş verib.

 

xəbər verir ki, Mərkəzi park yaxınlığında güclü yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə video yayılıb.

 

Hadisəylə bağlı hələki məlumat verilməyib.

 

Azxeber.com

 
 
Tarix: 17 May 2022, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin