BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda daha bir problem - Sərnişinlər düşürüldü

“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.

 

Bu barədə Pravda.az-a Bakı metropolitenindən bildirilib.

 

“Köməkçi qatar təyin edilib. Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.

 

Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var”, - məlumatda deyilir.

 

Qeyd edək ki, metroda axşam saatlarında da nasazlıq yaranmışdı.

Tarix: 18 May 2022, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin