BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Qadir İbrahimli ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

TƏBİB-dən verilən məlumata görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

 

***

12:03

 

Azərbaycanın tanınmış jurnalisti Qadir İbrahimlinin səhhətində problem yaranıb.


Bu barədə Pravda.az-a jurnalist Rey Kərimoğlu məlumat verib.


R.Kərimoğlu bildirib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Koronavirusa yoluxduqdan sonra səhhətində problem yarandı. Onun qara ciyərində də problem var. Bildiyim qədərilə, şəkəri də var".

 

Aytəkin Qardaşova

Tarix: 19 May 2022, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin