BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşovdan Qadir İbrahimli ilə bağlı açıqlama

“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımız Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir. Məsələ ilə bağlı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxlanılıb. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

 

“Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək” – Ə.Amaşov qeyd edib.

Tarix: 19 May 2022, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin