BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədovdan daha bir QƏRAR

Artıq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərində istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklər Xarici İşlər Nazirliyinin müraciətinə əsasən Radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılacaq.

 

Pravda.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

İndiyə kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərində, diplomatik konsulluqlarında, nümayəndəliklərində istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklər Xarici İşlər Nazirliyinin müraciətinə əsasən Komissiya tərəfindən ayrılırdi. Avadanlığın qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən XİN-in vasitəçiliyi ilə aparılırdı.

Tarix: 19 May 2022, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin