BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Tofiq Məmmədovla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb.

 

DİN-dən verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub.

 

T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 20 May 2022, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin