BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzərdə suitilərin sayı azaldı

“Xəzər ekosistemində suitilər əsasən kilkələrlə qidalanır”.


Pravda.az xəbər verir ki, bunu Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.


O bildirib ki, 20 il öncə Xəzər dənizində suitilərin sayı 380 min baş qeyd olunur:


“Son 5-10 il ərzində Böyük Britaniyanın tədqiqatlarına görə bu say 111 min başdır. Biz bu azalmanı Xəzərin Azərbaycan sektorunda görürük. Rusiya tədqiqatçıları isə suitinin çoxalmasını müşahidə etdiklərini bildirirlər. Bu da əsasən kilkə balıqlarının çoxalması ilə bağlıdır. Suitilər qış aylarında Şimali Xəzərə miqrasiya edərək buz üzərində çoxalırlar. Buzların azalması da onların çoxalmasına mənfi təsir göstərir”.

Tarix: 20 May 2022, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin