BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiyaların maliyyələşdirilməsinə xərclənən vəsait 6,2 faiz artdı

2021-ci ildə VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2020-ci illə müqayisədə 6,2 faiz çox vəsait xərclənib.

 

Pravda.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

 

Hesabatda qeyd edilir ki, 2021-ci ilin dövlət büdcəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 3,8 milyon manat məbləğində maliyyə yardımı ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 0,2 milyon manat və ya 6,2 faiz çoxdur.

Tarix: 21 May 2022, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin