BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın ötən il xərcləri 101 milyon manat olub

Azərbaycan Milli Elmlər Akademiyasının və onun tabeliyində olan 46 elmi tədqiqat müəssisələrinin və təşkilatlarının xərc sifarişləri əsasında 101,0 milyon manat məbləğində vəsait yönəldilib.

 

Pravda.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

 

Hesabatda qeyd edilir ki, bu, proqnoza nisbətən 15,7 milyon manat (13,5 faiz) az, 2020-ci illə müqayisədə isə 1,5 milyon manat və ya 1,5 faiz çoxdur. Elm xərcləri üzrə icra faizinin aşağı olmasına əsasən əməyin ödənişi xərcləri (12,6 milyon manat və ya 14 faiz az) və malların (işlərin və xidmətlərin) satın alınması xərcləri üzrə (2,8 milyon manat və ya 15,4 faiz az) nəzərdə tutulmuş vəsaitin az icra olunması təsir göstərib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlarda 2021-ci ildə Akademiya üzrə əməyin ödənişi bölməsində nəzərdə tutulmuş xərclərin az icra olunmasına əsas səbəb Akademiyanın tabeliyində olan elmi müəssisələrinin ştat vahidləri, eləcə də həqiqi və müxbir üzvlər üçün müəyyən olunmuş say həddi daxilində vakant yerlərin olması göstərilib.

Tarix: 21 May 2022, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin