BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayır.

 

Pravda.az xəbər verir ki, mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək.

 

Rusiya nümayəndələri isə forumda iştirak etməyəcək. Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq. Ənənəvi olaraq yanvar-fevral aylarında təşkil olunan Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən 2021 və 2022-ci ilin əvvəllərində yalnız onlayn formatda keçirilib.

Tarix: 22 May 2022, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin