BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda cərrah venasına iynə vuraraq intihar edibmiş

Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının cərrahı Sahibə Zeynalovanın ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.


Pravda.az xəbər verir ki, 41 yaşlı S. Zeynalova yaşadığı evdə intihar edibmiş. O, venasına iynə vuraraq özünü öldürüb.


Hadisəni törədərkən cərrahın depressiv vəziyyətdə olduğu güman edilir.


Həmçinin, S. Zeynalovanın valideynləri uzun müddət əvvəl dünyasını dəyişib. O, evdə tək yaşayırmış.


Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az

Tarix: 22 May 2022, 20:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin