BURADA REKLAMINIZ OLA
BİLƏR

Şarl Mişel Aİ-nin Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcəyini bildirdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib.

 

Pravda.az xəbər verir ki, Aİ lideri bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

 

Şarl Mişel vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

 

Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə Azərbaycan dövlət başçısına minnətdarlığını bildirib.

Tarix: 22 May 2022, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin